Qala Dövlət-Tarix Etnoqrafiya qoruğuna yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, sənədə Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə sentyabrın 19-da baxılacaq.

Xatırladaq ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.