Rusiya Ukraynanın bir neçə bölgəsini raket və artilleriya zərbələri ilə vurmasına qarşılıq Ukrayna qoşunları ölkənin cənubunu işğal edən qüvvələrin təminatı üçün vacib olan strateji körpünü vurub.

Moskvanın Xerson vilayəti üzrə təyin etdiyi administrasiya rəhbərinin müavini Kirill Stremousov bildirib ki, Ukrayna hərbçiləri çərşənbə axşamı axşam saatlarında Dnepr çayı üzərindəki Antonivski körpüsünü vurublar.

Onun sözlərinə görə, körpü hələ də tam dağılmayıb, lakin onun göyərtəsində olan dəliklər nəqliyyat vasitələrinin keçməsinə mane olur.

1,4 Kilometr uzunluğundakı körpü ötən həftə Ukrayna silahlı qüvvələri tərəfindən çoxsaylı zərbələrə məruz qalaraq ciddi ziyan görüb.

O, yük maşınları üçün bağlı olub, lakin çərşənbə axşamı günü axşam fasiləyə qədər sərnişin avtomobilləri üçün açıq saxlayılıb.

Stremousov iddia edib ki, Ukrayna qüvvələri körpünü vurmaq üçün ABŞ tərəfindən təchiz edilmiş HIMARS reaktiv yaylım atəşi sistemlərindən istifadə edib. İddianın doğruluğunu yoxlamaq isə mümkün olmadı.