Moskva birjasında keçirilən ticarət zamanı rubl kəskin möhkəmlənməyə başlayıb. Məlumata görə, Rusiya valyutasının məzənnəsi dollara və avroya nisbətən az qala iki rubla qalxıb.

Amerika valyutasının rubla nisbətdə məzənnəsi 70 rubldan aşağı düşüb. Ən aşağı nöqtədə qiymət 69,7 rubla çatıb. Belə olan halda paralel avronun məzənnəsi də aşağı düşür. Avropa valyutası gündəlik maksimum 76,9 rubldan aşağı düşərək 74,8 rubl səviyyəsində ticarət edirdi. Eyni zamanda, Çin valyutası 10,1 rubla qədər ucuzlaşıb.