2024-cü ilin ilk rübündə "Bank Avrasiya"nın depozit portfeli  50,4 milyon manata bərabər olub.

İqtisadiyyat.az bu barədə bankın hesabatına istinadən xəbər verir.

Bu ötən ilin sonu ilə müqayisədə 1 milyon 843 min manat və ya 4% çoxdur.

Depozit portfelinin 46 milyon 269 min manatını fiziki şəxslərin əmanətləri, 4 milyon 59 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. Fiziki şəxslərin depozitləri 3 milyon 820 min  manat və ya 9% artasa da, hüquqi şəxslərin depozitləri 1 milyon 976 min manat və ya 33% azalıb.

Ümumilikdə bu dövrdə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 102 milyon 291 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1.7% və ya 1.8 milyon manat azdır.

Bu ilin ilk üç ayı ərzində “Bank Avrasiya” kiçilib. Belə ki, cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 0.30% və ya 570 min manat azalaraq 183 milyon 967 min manata enib. Cari ilin ilk 3 ayında “Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1.5% və ya 2 milyon manat azalaraq 135 milyon 170 min manata bərabər olub. Bankın kredit portfelində istehlak kreditləri 15 milyon 307 min manat, biznes kreditləri 63 milyon 846 min manat, daşınmaz əmlak kreditləri isə 56 milyon manat təşkil edib.