Bu gün Bakı Fond Birjasında (BFB) “Kapital Bank” ASC-nin ümumi dəyəri 35 milyon ABŞ dolları həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının hər birinin tədavül müddəti 7 il , nominal dəyəri 100 ABŞ dolları olan istiqrazların yerləşdirilməsi yekunlaşıb.

İqtisadiyyat.az BFB-yə istinadən xəbər verir ki, yerləşdirmə zamanı 104 investor tərəfindən 104 sifariş təqdim edilib. İstiqrazların illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü isə rüblük (hər 90 təqvim günün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq) təşkil edir.

Hərrac qiyməti 100 ABŞ dolları olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 35 milyon ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 35 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 17 aprel 2031-ci ildir.