Avropa İnvestisiya Bankı Ukrayna hakimiyyətinə ölkənin yenidən qurulmasına kömək etmək üçün 560 milyon avro verəcək.

Bu barədə İqtisadiyyat.az “Politico” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, vəsait enerji infrastrukturunun, avtomobil və dəmir yollarının, xəstəxanaların tikintisinə və mülki əhalinin müdafiəsinə yönəldiləcək.

Bildirilib ki, bu gün ərzində Ukrayna rəhbərliyi ilə müvafiq memorandum imzalanacaq.

 

Gözəl Həşimova