Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 470.8 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 0.3% çoxdur.

İqtisadiyyat.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Ötən ilin eyni dövrünə nisbətən isə vaxtı keçmiş kreditlərin məbləği 20.3% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil edib .