"ENES" Qapalı Səhmdar Cəmiyyəti "Xalq Bank"dan kredit götürüb.

İqtisadiyyat.az xəbər verir ki, kredit müqaviləsi girov müqabilində imzalanıb.

Belə ki, kredit müqaviləsinə görə şirkətə məxsus "ALFA ROMEO GIULIA" markalı avtomobil banka girov qoyulub.

Bu avtomobilin çox bahalı olduğu deyilsə də, qiymətləndirildiyi məbləğ açıqlanmayıb.

Qeyd edək ki, "ENES" QSC-nin səhmdarı Samir Nazim oğlu İbrahimov, qanuni təmsilçisi isə Hacıyev İntiqam Oqtay oğludur. Şirkət 2012-ci ildə 673 042 manat nizamnamə kapitalı ilə yaradılıb.