"Rabitəbank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi iclası keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ASC-nin Müşahidə Şurası qərar imzalayıb.

Qərara əsasən bankın səhmdarlarının növbədənkənar ümumi iclası mayın 17-də keçiriləcək.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti müşahidə şurasına həvalə edilmiş idəretmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkiblərinin və əsasnamələrinin yeni redaksiyada təsdiq edilmiş "Banklarda Korporativ İdarəetmə Standartları"nın tələblərinə uyğunlaşdırılması məqsədilə yenidən baxılması.

2. Təşkilati və cari məsələlər.