Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini 50% səviyyəsində sabit saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsi iclasda yekun qərar verib.

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi Yaşar Fatih Karahanın sədrliyi ilə toplanıb.

"Mart ayında aylıq inflyasiyanın əsas tendensiyası davam edən zəifləməyə baxmayaraq, gözləniləndən yüksək olub. İstehlak malları və qızıl idxalının gedişatı cari əməliyyatlar balansının yaxşılaşmasına kömək etsə də, yaxın dövr üçün digər göstəricilər daxili tələbdə müqavimətin davam edəcəyini göstərir. Şura inflyasiya gözləntilərinin proqnozlara uyğunluğunu yaxından izləyir.

Mart ayında atılan addımlar nəticəsində maliyyə şərtləri xeyli sərtləşib. Pul sərtləşdirməsinin kreditlərə və daxili tələbata təsiri diqqətlə izlənilir" , - məlumatda deyilir.

 

Gözəl Həşimova