“Xalq Bank” bu il 45 milyon manat kiçilib. 

İqtisadiyyat.az bankın hesabatından əldə etdiyi məlumata görə, cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 1.5% azalaraq 3 milyard 37 milyon manata düşüb. 

2024-cü ilin ilk üç ayında bankın kredit portfeli 25,7 milyon manat kiçilib.

“Xalq Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ilin əvvəli ilə müqayisədə hesabat dövründə 1,4% azalaraq 1 milyard 801 milyon manata bərabər olub.

Bu dövrdə “Xalq Bank”ın cəmi öhdəlikləri 2 milyard 576 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 0.1% və ya 2.1 milyon manat azdır.

Bankın ümumi depozit portfeli cari ilin ilk 3 ayında 0.3% və ya 5.7 milyon manat azalaraq 2 milyard 576 milyon manata enib.

2023-cü il aprel ayının 1-nə “Xalq Bank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 8.5% və ya 42 milyon 890 min manat azalaraq 461 milyon 384 min manat təşkil edib.