"Sentry Enterprises" şirkəti inteqrasiya olunmuş OLED ekranlı dünyada ilk bank kartını təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "OLED-Info" məlumat yayıb.

Məlumata görə, ekran ödəniş terminalı ilə əlaqə zamanı aktivləşir və istifadəçilərə əməliyyat barədə məlumat verir .

Yeni kartlar "Radiance" adlanır. Belə bir yenilik istifadəçilər üçün əlavə təhlükəsizlik təmin etməklə yanaşı, həm də bu kartları buraxan bank üçün unikal reklama çevrilir.

Kart ödəniş terminalına nə qədər yaxın olarsa, quraşdırılmış ekran bir o qədər çox yanır. Bu, kart sahibinə kartın ödəniş etmək üçün terminaldan kifayət qədər məsafədə olub-olmadığını anlamağa da imkan verir.

Bu qeyri-adi kartlar "VISA" və "MasterCard" ödəniş sistemlərini dəstəkləyir. Lakin OLED ekranlı bu kartları ilk olaraq hansı bankların təqdim edəcəyi barədə hələ ki, məlumat yoxdur.

 

Gözəl Həşimova