Milli komandamızın üzvü Cəlal Hüseynov karyerasını Bolqarıstanda davam etdirəcək.

Müqavilə ilə "Zirə"yə məxsus olan və cari mövsümü icarə əsasında "Şamaxı"da keçirən futbolçu Bolqarıstanın əsas liqa təmsilçisi "Arda"ya keçəcək.

İqtisadiyyat.az saytına danışan futbolçunun meneceri Fuad Xəlilov xəbəri təsdiqləyib.

"Bəli, artıq, müqavilələr hazırlanır. İki gün ərzində  müqavilələr imzalanacaq. Tibbi müayinədən keçmək üçün Bolqarıstana yollanacaq. Bir problem olmasa Cəlal Hüseynov gələn mövsüm Bolqarıstan çempionatında çıxış edəcək".