"Neftçi" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Qarabağ"ın qonağı olacaq.

İqtisadiyya.az xəbər verir ki, "ağ-qaralar" bu görüşə iki itki ilə çıxacaq. Bərpa prosesi keçən Emil Balayev və cəzalı Eddi İsrafilov bu matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Komandalar arasındakı ilk oyun Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb