"Real Madrid"in belçikalı qapıçısı Tibo Kurtua zədəsini sağaldıb və gələn həftə meydana qayıda biləcək.

İqtisadiyyat.az AS-a istinadən xəbər verir ki, bu barədə kral komandasının italiyalı baş məşqçisi Karlo Ançelotti məlumat verib.

İspaniya çempionatının 33-cü turunda aprelin 26-da “Real Sosyedad”la, növbəti turda isə mayın 4-də “Kadis”lə qarşılaşacaq.

Tibo Kurtua sağ dizindəki menisk zədəsindən sonra keçən ay uğurlu əməliyyat keçirib.

Kurtua ötən ilin avqustunda sol dizindən zədələnmişdi və meydana qayıtmağa yaxın idi.