İspaniyanın paytaxtı Madriddə vergilərin azaldılması ilə bağlı qanunu nəzərdən keçirməyə hazırlaşırlar.

İqtisadiyyat.az "El Nacional"a istinadən xəbər verir ki, qanun Madridə köçən və orada sərmayə qoyan bütün əcnəbi işçilərin 24% gəlir vergisi ödəməsini nəzərdə tutur. Media artıq bu qanunu “Mbappe qanunu” adlandırıb. Söhbət fransalı hücumçunun "Real Madrid"ə potensial keçidindən gedir.

Xatırladaq ki, əvvəllər İspaniyada “Bekhem qanunu” məlum idi ki, işçi 600 min avroya qədər əldə etdiyi gəlirin 24%-ni və icazə verilən həddi aşan məbləğin 47%-ni ödəməlidir. Beləliklə, yeni qanun qəbul olunarsa, Mbappe ödənişlərin ikinci hissəsindən yayına biləcək.