İngiltərə çempionatının "Çelsi" ilə oyunundan əvvəl "Arsenal"ın ispaniyalı baş məşqçisi Mikel Arteta çempionluq yarışı haqda danışıb.

İqtisadiyyat.az xəbər verir ki, təcrübəli baş məşqçi BBC-ə fikirlərini bölüşüb.

Arteta “Sabahkı oyunda maksimum səy göstərmək istəyirik. Biz mübarizəni davam etdirmək əzmindəyik. Hələ çempion titulunu qazanmaq şansımız var, amma yarış daha iki komandadan asılıdır. Bizimlə liqa tarixinin ən yaxşı iki komandası qarşı-qarşıya gəlir” deyə bildirib.

"Arsenal" - "Çelsi" oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

33 oyundan sonra "Arsenal" 74 xalla birinci yerdədir. İkinci pillədəki “Liverpul”un da eyni xalı var. “Mançester Siti” 32 oyundan sonra 73 xalı var və üçüncüdür.