Münhen "Bavariya"sının və Fransa millisinin hücumçusu Kinqsli Koman Avro-2024-ü buraxacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda Fransanın "L'Equipe" nəşri məlumat yayıb.

27 yaşlı futbolçu Bundesliqanın 29-cu turunun matçında (2:0) "Köln"lə oyunda dizindən zədə alıb. Kinqsli Koman iyunun 14-də başlayacaq turnirə qədər sağalmayacaq.

Cari mövsümdə Koman "Bavariya" ilə 27 matçda iştirak edib, 5 qol vurub, 3 məhsuldar ötürmə edib