"Liverpul"un almaniyalı baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 29-cu turunda "Everton"a 0:2 hesablı məğlubiyyətlə üzləşən "Liverpul"a görə azarkeşlərdən üzr istəyib.

Bu barədə İqtisadiyyat.az "Sky Sports"a istinadən xəbər verir.

“Bu nəticəni necə şərh edəcəyimi bilmirəm. Bu axşama görə azarkeşlərdən ancaq üzr istəyə bilərəm. Daha yaxşı çıxış etməliydik, amma etmədik.

Artıq çempionluq yarışı bizim nəticələrimizdən asılı deyil. Biz qalan oyunlarda yalnız qələbə üçün çalışa bilərik və ümid edirik ki, “Arsenal” və “Mançester Siti” uğursuz olacaq”.

34 oyundan sonra "Liverpul" 74 xalla lider "Arsenal"dan 3 xal geri qalaraq ikincidir. 3-cü pillədə qərarlaşan "Mançester Siti"nin 32 oyundan sonra 73 xalı var. “Everton” 33 xalla 16-cıdır.