Bakı Şəhər İcra Hakimiyyəti yanında "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC dövlət müəssisələrinə subsidiyaların verilməsi (1), eləcə də sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri (2) ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.

I tenderin qalibi "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC, II tenderin qalibi isə "Star Construktion-12" QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 4 993 min manat və 2 994 min manat, ümumilikdə 7 987 min manat ödəniləcək.