Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) daha bir neçə nəqliyyat vasitəsi alır.

İqtisadiyyat.az xəbər verir ki, qurum bu dəfə furqon tipli xüsusi nəqliyyat vasitələri sifariş edib.

Sifariş edilən nəqliyyat vasitələrinin sayı 10 ədəddir. AQTİ avtomobillərin alışı üçün  "Autouniversal" MMC ilə razılaşıb və şirkətlə 530 min manat dəyərində müqavilə bağlayıb.

Xatırladaq ki, İnstitut bir neçə gün öncə "Diamond Motors" şirkətinə isə ümumi dəyəri 528 min manat olan 8 ədəd pikap tipli nəqliyyat vasitəsi sifariş edib.