Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 17,8 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,25 % çoxdur.

İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 6 aylıq daxilolmaların 3,3 milyon manatı qeyri-yaşayış sahələrinin, 14,5 milyon manatı isə torpaq sahələrinin icarəsi hesabına təmin edilib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 6,45 % və 12,4 % çoxdur.

Hesabat dövründə 1 826 yeni icarə müqaviləsi bağlanılıb ki, bu da illik müqayisədə 4,8 % çoxdur. İcarə müqavilələrinin 308-i qeyri-yaşayış sahələrinə, 1 518-i isə torpaq sahələrinə aid olub. Bunlar isə illik müqayisədə müvafiq olaraq 19 % az və 11,4 % çoxdur.