Belarusun qızıl-valyuta ehtiyatları ötən ay 173,5 milyon dollar artıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.
Avqustun 1-nə Belarusun qızıl-valyuta ehtiyatları 8,532 milyard dollar təşkil edib. İyun ayında ölkənin bu ehtiyatları 52,9 milyon dollar azalıb.
İyulda qızıl-valyuta ehtiyatlarının artmasına monetar qızılın maya dəyərinin artması təsir göstərib.
Gözəl Həşimova