Avqustun 2-də gecə saat 1 radələrində Sumqayıt şəhəri ərazisində 1975-ci il təvəllüdlü Sabit İsmayılovun kəsici-deşici alətlə qardaşı 1972-ci il təvəllüdlü Ədalət İsmayılova yüngül bədən xəsarətləri yetirməsi barədə polisə məlumat daxil olub.
Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Sərxoş vəziyyətdə olan tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır
***
17:31
Sumqayıtda qardaş qardaşı bıçaqlayıb.
İqtisadiyyat.az xəbər verir ki, Sumqayıt şəhəri 10-cu mikrorayonda yaşayan 1975-ci il təvəllüdlü İsmayılov Sabit Məmməd oğlu aralarında baş vermiş münaqişə zəminində qardaşı 1972-ci il təvəllüdlü İsmayılov Ədalət Məmməd oğluna bıçaqla xəsarət yetirib.
Fakt araşdırılır