Təyyarə yanacağının birja qiyməti çərşənbə axşamı günü ticarətdən sonra yeni tarixi maksimuma çatıb.

İqtisadiyyat.az bu barədə Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, təyyarə yanacağının qiyməti gün ərzində 4,07% artaraq bir ton üçün 1,680.44 AZN təşkil edib ki, bu da yeni rekorddur. Əvvəlki qiymət maksimumu avqustun 2-də əldə edilib (ton üçün 1,677.42 AZN).

Bununla yanaşı, birja ticarətinə təqdim edilən bütün digər yanacaq növləri də ucuzlaşıb. Belə ki, Aİ-92 markalı benzinin dəyəri 0,23% azalaraq bir ton üçün 1,091.88 AZN, Aİ-95 markalı benzinin qiyməti isə 0,47% azalaraq bir ton üçün 1,460.14 AZN təşkil edib. Mayeləşdirilmiş karbohidrogen qazlarının qiyməti 0,4% azalaraq ton üçün 751.82 AZN təşkil edib. 

 

Sadiq Cavadov