Almaniyanın ixracı iyun ayında 3,4% azalıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) iyun ayı üzrə ölkənin xarici ticarət məlumatlarını dərc edib.
Hesabat dövründə Almaniyadan ixrac 3,4% azalaraq 127,7 milyard avroya enib. İyun ayında ixrac ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,4% azalıb.
İyun ayında ölkənin idxalı isə 0,3% artaraq 107,3 milyard avroya çatıb
Gözəl Həşimova