Çinin valyuta ehtiyatları iyulda 1,1% artaraq 3,256 trilyon dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Valyuta İdarəsi (SAFE) məlumat yayıb.

Məlumata görə, bu göstərici ilin əvvəlindən bəri maksimum səviyyədir.

Dünyanın ən böyük valyuta ehtiyatına sahib olan Çində qızıl ehtiyatları ötən ayın sonunda 72,8 milyon unsiya təşkil edib. Qiymətli metal ehtiyatlarının həcmi aprel ayından etibarən bu səviyyədə qalıb.

 

Gözəl Həşimova