Bu ilin birinci yarısında Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir rekord həddə - 1,9 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı (Aİ) ölkələrindən və Böyük Britaniyadan gələn turistlərin gəlirləri rekord həddə çataraq 246 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin göstəricisindən 14% çoxdur.

İlin birinci yarısında ölkəyə 2 milyondan çox turist səfəri olub ki, bu da ötən illə müqayisədə 10 faiz çoxdur. Bildirilib ki, ölkəyə ən çox turist Türkiyədən gəlib. Belə ki, bu ölkədən Gürcüstana ilin iki rübündə 623 mindən çox səfər həyata keçirilib. Bu isə ötən ilin göstəricilərindən 7,1% çoxdur. Rusiya isə ikinci yerdə qərarlaşıb. Məlumata görə, Rusiya Federasiyasından Gürcüstana turist səfərlərinin sayı 527,5 mindən çox olub ki, bu da 2023-cü ilin analoji göstəricisindən 8,7% azdır. Gürcüstana ən çox səfər edən turistlərin sayına görə 3-cü yerdə isə Ermənistan qərarlaşıb. Belə ki, bu ilin birinci yarısında Ermənistandan Gürcüstana 387 mindən çox turist səfəri edilib ki, bu da 2023-cü ilin göstəricisindən 2,4% azdır. 

 

Sadiq Cavadov