Türkiyənin Konya şəhərində baş verən yanğında bir ailənin yeddi üzvü dünyasını dəyişib.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, ailənin Suriyalı olduğu bildirilib. Qeyd edilib ki, sobadan başlayan yanğın ailənin otaqdan çıxmasına əngəl olub. Yanğın nəticəsində evin tavanı ailənin üzərinə düşüb. Nəticədə onların hamısı həyatını itirib.

Daha sonra məlum olub ki, ailə Qaziantepdən zəlzələ səbəbi ilə Konyaya gəlibmiş.