Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Zelenski “Twitter“də yazıb.

O, Ukrayna taxılının daşınması təşəbbüsünü dəstəklədiyinə görə Şoltsa təşəkkür edib.

“Biz sülhə nail olmaq üçün Ukrayna formulunun gerçəkləşdirilməsini və Rusiyanın raket terrorundan ölkəmizin qorunması üçün birgə əməkdaşlığımızı müzakirə etdik”, - Zelenski qeyd edib.