Avrop Liqasının 1/8 final mərhələsinin oyunları keçirilib.
İqtisadiyyat.az xəbər verir ki, "Yuventus" doğma meydanda Fransanın "Nant" klubu ilə üz-üzə gəlib. İtaliya təmsilçisi hesabı açsa da, qələbəni qoruyub saxlaya bilməyib. Matç 1-1 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, cavab qarşılaşması 1 həftə sonra Fransada keçiriləcək.