Azərbaycanla Yunanıstan arasında bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 956,5 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 42,6% və ya 286,1 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycan Yunanıstandan 10,3 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 946,2 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova