İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə şirkətin rəsmi saytında qeyd edilib. Yeni qayda fevralın 25-dən etibarən işə salınacaq. Həmçinin uyğunsuz kontent haqqında bölüm yenilənəcək. Xidmətin rəhbərliyi düşünür ki, belə qaydalar blogger fəaliyyətinə yeni başlayanlar üçün “YouTube”un siyasətini anlamağa və səhvləri daha tez düzəltməyə icazə verəcək.

Qeyd etmək yerinə düşər ki, pozuntulara görə, daha əvvəl birinci xəbərdarlıqdan sonra, platformaya yeni video yükləmək imkanı 90 gün içində dondurulurdu.

90 gün içində olan ikinci cəhd 2 həftəlik bloklanmağa, 3-cü cəhddə isə səhifə silinirdi. Yeniliyə görə, qaydaların pozulmasına edilən birinci cəhddən sonra blogger sadəcə xəbərdarlıq haqqında məktub alır və video silinir. İkinci cəhd isə 2 həftəlik kanalın bloklanmasına, 3-ü isə kanalın silinməsinə səbəb ola bilər.