“Facebook Messenger”də göndərilən mesajları istər şəxsi, istərsə də qrup mesajlarında silmək mümkün olub.

İqtisadiyyat.Az xəbər verir ki, Facemark.az-ın məlumatına görə, bu barədə “The Verge” nəşri yazıb. İndi istifadəçilər düzgün ünvana göndərilməyən, eləcə də səhv mesajları girib düzəldə biləcəklər.

Funksiyadan istifadə etmək üçün göndərilən mesajları yalnız özündən, ya da hamıdan silmək lazımdır. Amma qeyd etmək lazımdır ki, siz bu funksiyadan istifadə etdikdə, qarşı tərəfə bu mesaj silinmişdir mesajı gedəcək. Funksiyadan istifadə mesajın göndərilməsindən 10 dəqiqə ərzində əlçatandır. “Facebook” bununla istifadəçilərə göndərilən mesajları silmək mümkün olacaq vədini yerinə yetirib. Hazırda funksiya yenilənən iOS və Android əməliyyat sistemlərində əlçatandır.

Xatırlatmaq yerinə düşər ki, bu funksiya “Telegram”, “Viber”, “WhatsApp”, “Vkontakte” messengerində aktivdir. Bəzi belə tətbiqlərdə mesaj silinəndən sonra, “mesaj silinib” bildirişi görünmür, amma bəzilərində isə “Facebook Messenger”dəki kimi qalır.