İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə dövlət şirkəti “Personalised Plates Queensland” (PPQ) tərəfindən məlumat verilib. Bu o deməkdir ki, artıq rəsmi icazə verilib. Hələ ki avtomobil sürücüləri üçün emojinin 5 növü əlçatandır: aşiq, göz vuran, gülümsəyən, qara eynəkdə olan və gülməkdən ağlayan. Siz smaylik ilə olan lövhə yarada və onu şirkətin rəsmi saytından sifariş edə bilərsiniz. Sifarişlər cari ilin mart ayından etibarən qəbul ediləcək. İndi Avstraliyalılar, həmçinin nömrənin yanında yazı yaza bilərlər, amma bu ən çox üç hərfdən və 2 rəqəmdən ibarət olmalıdır. Simvollar istənilən qaydada yerləşdirilə bilər.