Futbolçu Lionel Messi və Məhəmməd Salah “Pepsi”nin yeni kampaniyasının siması seçiliblər.

İqtisadiyyat.Az-ın məlumatına görə, Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, #fortheloveofit brendin yeni firma üslubu və yeni sloqanı “For the Love Of It” ilə hazırlanmış ilk qlobal kampaniyasıdır. Kampaniyanı bütün iri media orqanlarında buraxılması planlaşdırılır -TV, internet, çöl reklamı və s. Satış nöqtələri üçün isə xüsusi promomateriallar hazırlanıb. Layihə çərçivəsində “Last Can Standing” (Axırıncı qəhrəman) adı altında reklam çarxları seriyası hazırlanıb. Reklam çarxında idmançılar firmanın bir şüşə qazlı içkisi üçün mübarizə aparırlar. Bu, reklam çarxı TV-da göstəriləcək, eyni zamanda internetdə yerləşdiriləcək. Sosial şəbəkələr üçün isə ayrı video çarx hazırlayıb. Bu videoda futbolçular idman fəndlərini nümayiş etdirirlər. Reklam çarxı Messi və Salahın hesablarında #fortheloveofit həştəqi ilə paylaşılıb. Həmçinin bu “Pepsi”nin sponsorlarından biri olduğu UEFA Çempionlar Liqasının səhifəsində yerləşdirilib. Kampaniya fevralın 12-də ərsəyə gətirilib və öncə Madrid şəhərində başlanılıb və daha sonra dünyanın 65 ölkəsində də davam edəcək. “Pepsi”dən isə bildiriblər isə rus futbol azarkeşlərini aprelin başlanğıcından etibarən çox xoş sürprizlər gözləyir.

Xatırlatmaq yerinə düşər ki, “Pepsi” markası 7 il ərzində ilk dəfə sloqanını “Live for Now”dan (Anı yaşa), “For the Love Of It”ə dəyişib. Yeni sloqanı belə tərcümə etmək olar “Sevgi adına”.