Fins.az Rusiya mətbuatına istinadən yazır ki, bu barədə qrup idarəsinin rəhbəri Karlos Tavares deyib.

Onun sözlərinə görə, markanın Rusiya bazarına qayıtmasının səbəbi brendin inkişafı və xarici bazarlara ixracı ilə bağlı PACE! strateji planın bir hissəsidir. Yeni strategiya 2019-2021-ci illəri əhatə edir. Məqsədi brendi Avropada olduğu kimi dünya bazarlarında da inkişaf etdirməkdir.

“Markanın Rusiya bazarına yenidən daxil olması onu Avrasiya regionunda gücləndirəcək, cari müştərilər üçün təklifi genişləndirəcək və yenilərini cəlb edəcək”, - deyə PSA-nın icraçı vitse-prezidenti Yanik Bezar deyib.

Avrasiya regionunda, eləcə də Rusiyada biznesin inkişafına Draqan Nenadoviç məsul olacaq. O, “Opel”in regional brend meneceri statusunu tutacaq və şirkətin Rusiya ofisində oturacaq. Onun daha əvvəl Rusiya və Ukrayna bazarları üzrə təcrübəsi olub. Amma kompaniya hələ Rusiya bazarında hansı avtomobillərin satılması ilə bağlı açıqlama etməyib. 
“Opel” kompaniyası Rusiya bazarında avtomobillərin istehsalını 2015-ci ildə dayandırmışdı.

Buna səbəb isə “General Motors” brendinin sahibinin öz biznesini restruktrurizasiya etməsi ilə bağlı idi. Amerika konserninin Sankt-Peterbruq şəhərində olan zavodu isə dondurulmuşdu. Bu, plan çərçivəsində brend ölkədəki mürəkkəb iqtisadi vəziyyəti və rublun məzənnəsinin düşməsi ilə bağlı olaraq Rusiya bazarından birdəfəlik getmişdi. 
Qeyd edək ki, 2017-ci ildə PSA Peugeot Citroën “Opel” və “Vauxhall” brendlərini 2,2 milyard funt-sterlinqə əldə edib.