Markanın yeni loqotipinin müzakirəsi güclə sakitləşmişdi ki, brend Çinli qadınların görünüşündə olan istifadəçilərin baxışlarına zidd olan reklam buraxıb.

İqtisadiyyat.az-ın məlumatına görə, Facemark.az xəbər verir ki, belə ki, Çinli model Li Szinvin ZARA markasının kosmetik xəttində olan dodaq boyasının reklamı üçün seçilib. Reklam kampaniyası üçün hazırlanmış çap materialında model daha az makyajdan istifadə edib. Əsas diqqət isə modelin dodaqlarına verilib. Belə yanaşma nəticəsində fotoşəkildə modelin bütün çilləri olduğu kimi qalıb. Çinli qadınlar sosial şəbəkə üzərindən ZARA-nın onları təhqir etdiklərini deyib. Narazılıqlar şirkətin rasizmdə günahlandırılması, Çin qadınlarının təbii gözəlliyinin diskreditasiyası və çinlilərin həqiqi xarici xüsusisiyyətlərinin təhrif olunması ilə bağlı olub.

İstifadəçilərin sözlərinə görə, Çin qadınları, əsasən solğun və çillərsiz dəriyə sahibdirlər. Amma modelin fotosessiyası zamanı brend bilərəkdən bu xüsusiyyətləri qabardıb. “Bağışlayın, belə anlaşılır ki, bütün Çinli qadınlar belə görünür?, çillərlə sima bu Çinlilərin klassik obrazıdır? Çində satışlarla məşğul olmaq üçün birinci növbədə bu ölkənin estetik zövqünü nəzərə almaq lazımdır”, - kimi şərhlər brendin sosial şəbəkə istifadəçiləri tərəfindən yazılıb.

ZARA-dan isə məsələ ilə bağlı deyiblər ki, onlar Çin xalqını təhqir etmək yox, əskinə Çin qadınlarının təbii gözəlliyini vurğulamaq istəyiblər.

ZARA:

“İspanların fərqli gözəllik standartları mövcuddur (ZARA ispan markasıdır-red.) və onlar modeli çirkin göstərmək niyyətində olmayıblar. Moda brendlərinin son tendensiyalarına, əsasən onlar güclü retuş foto ilə cəlbedicilik qazanmır. Bütün çəkilişlərdə vurğulamaq istədik ki, model əslində necə görünür. Çillər onu fərqli edən xüsusiyyət, istisnadır, necə ki, hər birimizdə var”.