Yeni Zelandiyanın Oklend adalarında 6,2 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Oklend adaları olduğunu açıqlayıb.

İlk təxminlərə görə, yerin 33 kilometr dərinliyində baş verən 6,2 bal gücündə zəlzələdə can və ya mal itkisi olmayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.