Hatay vilayətinin mərkəzi Antakyada zəlzələ zamanı binanın çökməsi nəticəsində ailəsi ilə birgə dağıntılar altında qalan 4 yaşlı Azra Duru Malaç dünyasını dəyişib.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, dağıntılar altından çıxarıldıqdan sonra aparıldığı Adana xəstəxanasında aparılan bütün müalicələrə baxmayaraq fevralın 8-də həyatını itirib. Onun ölüm səbəbinin zəlzələ səbəbli travma, ağır yaralanma, daxili qanama, sol ayaq qırığı olduğu qeyd edilib.

Qeyd edək ki, Azranı dağıntılar altından çıxaran xilasedicinin onunla çəkdiyi video sosial şəbəkələrdə yayılmış və birmənalı qarşılanmamışdı. Videoda Azranın halsız olduğu görünür. Bəzi istifadəçilər xilasedicinin bu hərəkətini qınamışdı.

Həmçinin Azranın anası Fatma Malaçın da zəlzələdə öldüyü, atası Mehmet Malaçın isə xilas olduğu bildirilib.