Azərbaycanda bu ilin yanvar-may aylarında əcnəbilər bank kartları vasitəsi ilə 851,3 milyon manatlıq əməliyyat aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır.

Təkcə bu ilin may ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 173,4 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 5,8 % azdır.