Xarici ölkələrin Rusiyaya olan ümumi borcu ötən il 8,7% və ya 2,3 milyard dollar artaraq 28,9 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Bankının illik hesabatında qeyd olunub.

Borcun demək olar ki, bütün məbləği gələn ildən etibarən ödənilməsi nəzərdə tutulan uzunmüddətli öhdəliklərdir.

Bu ölkələr arasında lider 8,24 milyard dollar borc ilə Belarus olub. Ondan sonra Banqladeş (5,86 milyard), Hindistan (3.75 milyard), Misir (1,82 milyard) və Vyetnam (1,39 milyard) gəlir.

Bəzi ölkələr, məsələn, Yəmən, 1990-cı illərdən bəri Rusiyaya borcludur.

 

Gözəl Həşimova