Xaçmaz rayonunda yumurta istehsal edəcək yeni müəssisə tikilir.

“Azəriyumurta” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni müəssisəsi rayonun Niyazoba kəndində 3,5 hektar ərazidə salınır. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 50 nəfər daimi işlə təmin olunacaq.

İnvestisiya qoyuluşu 3 milyon manat olan müəssisədə gündəlik olaraq 100 000 ədəd yumurta istehsal etmək mümkün olacaq.