Western Union ödəniş sistemi sayt vasitəsilə pul köçürmələrinin göndərilməsinin mümkün olmadığını bildirib.

Bu barədə şirkətin rusdilli saytında deyilir.

“Veb-saytda və Western Union proqramında pul köçürmələrinin göndərilməsi xidməti hazırda mövcud deyil. Biz xidməti mümkün qədər tez bərpa etmək üçün mümkün olan hər şeyi edirik”, – deyə məlumatda deyilir.

“Pul köçürmələri göndərmək üçün Rusiyadakı Western Union xidmət məntəqələri ilə əlaqə saxlayın”, -dəyə qeyd edilib.