“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə bildirən şura üzvü Covanni Custo həmin vəsaitin gəzintiyə gələnlərin atdığı zir-zibili yığışdırmağa da sərf olunacağını bildirib.

O deyib: “Mayın 1-dən avtomobil girişi pullu olacaq, ondan sonra isə azı bir il ərzində bu sınaq tədbirinin nəticələrini diqqətlə izləyəcəyik. Nəticə uğurlu olsa, bunu təkmiləşdirəcək və pilləli ödənişlər tətbiq edəcəyik”.

Şura üzvü ilkin olaraq avtomobillə gələnlərdən 3 avro alacaqlarını, pilləli ödənişlərin isə 10 avrodan baha olmayacağını qeyd edib. 

Yeni rüsumun təyyarə və qatar biletlərinin, şəhər ictimai nəqliyyatında yol haqqının, habelə turların qiymətlərinə daxil ediləcəyi bildirilir.