Bakı Teleqüllə Kompleksinin (BTK) yanğın təhlükəsizliyi gücləndiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi bununla bağlı müvafiq işlərə başlayıb.

BTK-nin yanğın təhlükəsizliyinin təmin olunması üzrə yeni layihə smeta sənədləri hazırlanacaq.

Belə ki, yanğın su təchizatı, qəza işıqlandırma və xüsusi yanğın rabitə və səsləndirmə sistemi yenidən lahiyələndiriləcək.

ВТK-də yanğın qəza halları zamanı tələb olunan yerlərdə hava basıcı və tüstü xaric edici sistem bərpa ediləcək.

BTK-nin -23/+180 və -23/+185 metr səviyyələrində yerləşən lift şaxtalarında hava basıcı sistemi günün tələblərinə cavab vermədiyi üçün yenidən layihələndiriləcək.

İstismar olunan liftlərdən biri yanğın zamanı yanğın bölmələrinin istifadəsi üçün yanğına davamlı liftə çevriləcək.

BTK-nın tələb olunan sahələrinin qapı və pəncərələri yanğına davamlı qapı və pəncərələrlə əvəz olunacaq.