Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Kəlbəcərdə mobil düşərgəsi, Hadrutda isə mobil bazası yaradılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.

Belə ki, mobil düşərgədə üç metr enə, yeddi metr uzunluğa malik 10 ədəd yataqxana konteyneri quraşdırılacaq.

Mobil bazada isə eyni ölçüdə 28 ədəd yataqxana konteyneri, həmçinin minaaxtaran itlər üçün konteyner və tibb konteyneri də quraşdırılacaq

Konteynerlər bütün zəruri avadanlıq və inventarlarla təchiz olunacaq.