Həftə sonu Rusiya dövləti ilə "Vaqner" qrupu arasında baş verən böhrandan sonra Rusiya rublu dollar qarşısında son 15 ayın ən aşağı səviyyəsinə enib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, böhranın təsiri ilə dollar rubl qarşısında 0,43% dəyər qazanaraq 86,37 rubla yüksəlib.

Beləliklə, rubl 2022-ci ilin martından bəri dollara nisbətdə ən aşağı səviyyəyə enib. Buna baxmayaraq, Rusiya bazarının açılmasından sonra rubl itkilərinin bir hissəsini ödəyib və dollar/rubl pariteti 84,75 səviyyəsinə enib.

Ümumillikdə isə rubl bu il dollar qarşısında 14%-dən çox dəyər itirib. Bununla da rubl inkişaf etməkdə olan iqtisadiyyatlar arasında ən pis nəticə göstərən valyutalardan biri olub.