Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) iqlim fondu öhdəliklərinə daxil edilsə də, uşaqların ehtiyacları üçün kifayət qədər vəsaitin ayrılmadığını açıqlayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Məlumata görə, İqlim Fondunda uşaqlar üçün öhdəliklər yerinə yetirilmir. Və əsas qlobal fondların yalnız 2,4%-nin uşaqlar üçün fəaliyyətləri dəstəklənir. Bildirilib ki, 1 milyarddan çox uşaq iqlim böhranı səbəbilə risk altındadır.

Hesabatda uşaqların rifahının və onları dəstəkləyən kritik sosial xidmətlərin prioritetləşdirilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda, xüsusilə iqlim dəyişikliyi nəticəsində dəyən itki və zərərin ödənilməsi üçün maliyyə dəstəyinin vacibliyi vurğulanıb.