İyunun 21-22-də Londonda baş tutan Ukraynanın bərpası üzrə konfransda tərəfdaşlar ölkənin müharibədən sonrakı bərpası üçün 60 milyard avro ayırmağa söz veriblər.

İqtisadiyyat.az "Guardian"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli konfrans bitdikdən sonra məlumat verib.

Onun sözlərinə görə, hökumətlər və beynəlxalq təşkilatların öhdəlikləri qısa və ortamüddətli perspektivdə Ukraynanı dəstəkləməyə yönəlib: "Xüsusilə, Avropa Komissiyası təklif edib ki, Avropa İttifaqı Ukraynanın yenidənqurma ehtiyaclarının 45%-ni ödəsin. Bunun üçün Ukraynaya təxminən 50 milyard avro ayrılması planlaşdırılır.

Eyni zamanda, Böyük Britaniya Ukraynaya uzunmüddətli kredit zəmanəti verəcəyini bildirib. ABŞ da həmçinin Ukraynanın bərpası üçün əlavə 1,3 milyard dollar ayıracaq".